Menu

"Lotu Quli"nin qətlində təqsirləndirilən şəxslərə hökm oxunub

06.04.2024, 12:56
"Lotu Quli"nin qətlində təqsirləndirilən şəxslərə hökm oxunub

Azərbaycanlı qanuni oğru, "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun qətlində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

“Report” xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Qeyd olunub ki, təqsirləndirilən şəxslər - Xaqan Zeynalov və Əmir Həmidli ömürlük azadlıqdan məhrum ediliblər.

Həmçinin məhkəmənin qərarı ilə daha 2 şəxsi - Əli Mövlamlı və Rəsul Həsənov 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, N. Səlifov 2020-ci il avqustun 19-da Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol