Ukrayna Kupyansk və Limansk istiqamətlərində taktiki uğur qazanıb
Aprelin 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, Ukrayna qoşunları Kupyansk və Limansk istiqamətlərində müəyyən taktiki uğurlar əldə edib. Cəbhənin digər sahələrində vəziyyət gərgindir, ağır döyüşlər gedir.
“AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Sırskinin sözlərinə görə, ruslar havada, raket və artilleriya silahlarında üstünlüyündən istifadə edərək, Donetsk vilayətinin sərhədlərinə çatmağa çalışırlar.
İşğalçılar gecə-gündüz zirehli texnikanın dəstəyi ilə hücum əməliyyatları aparırlar. Bəzi istiqamətlərdə işğalçılar dalğa-dalğa, tağımdan tutmuş rotaya, bəzən də batalyona kimi hücum əməliyyatları keçirməyə çalışırlar: "Xüsusilə çətin vəziyyət Baxmut istiqamətində Çasov Yar və Kleşeyevkanın şərqində, Avdeyevkada - Berdiçev, Orlovka, Vodyanoy, Pervomayski ərazilərində; Novopavlovskda - Novomixaylovka bölgəsində yaranıb".
O əlavə edib ki, Çasov Yar hələ də Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Düşmənin şəhərə soxulmaq cəhdləri uğursuz alınıb: “Liman, Orexov və Xerson istiqamətlərində də vəziyyət gərgin olaraq qalır. Dnepr çayının sol sahilindəki Krınok bölgəsində işğalçılar qoşunlarımızı platsdarmdan sıxışdırıb çıxarmağa çalışırlar”.
“AzPolitika.info”

Şərhlər