Paşinyan hökumətinin sabiq müdafiə naziri general-mayor Arşak Karapetyanın təşəbbüsü ilə “Ümumerməni cəbhəsi” partiyası yaradılıb.
“AzPolitika” erməni KİV-lərinə istinadla xəbər verir ki, İrəvanda yeni partiyanın təsis qurultayı keçirilib.
Rusiyada yaşayan və Kremlin adamı olduğu şübhə doğurmayan Karapetyan qurultaya videogörüntü ilə qoşularaq, müraciət səsləndirib.
O, Paşinyanın ölkəni idarə etməkdə tamamilə aciz olduğunu vurğulayaraq, Ermənistanı xilas etmək üçün hökuməti istefaya çağırıb: “Biz güclü dövlət yaradacağıq, xalqın seçəcəyi ölkə prezidentimiz olacaq. Ayağa qalxacağıq. Çoxları soruşur ki, Arşak Karapetyan kənardan nəyisə necə dəyişə bilər, amma Arşak Karapetyan heç nəyi dəyişməyəcək, siz də, burada oturanlar da dəyişəcək”.
Qurultayın yekunlarına görə Arşak Karapetyan partiyanın lideri seçilib.
“AzPolitika.info”


Şərhlər