Rusiyanın genişmiqyaslı işğalı sayəsində Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən birinə çevrilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, hazırda Ukraynanın 156 min kvadrat kilometr ərazisi minalanıb. Məlumata görə, bu, Ukraynanın ümumi ərazisinin təxminən 26 faizini təşkil edir.
Bildirilir ki, Ukraynanın minalanmış ərazilərinin sahəsi İsveçrədən dörd dəfə böyük, İtaliya və ya Almaniyanın ümumi ərazisinin isə yarısına bərabərdir.
“AzPolitika.info”


Şərhlər