Menu

“Qaçqınkom”un strukturuna dəyişiklik edilib

06.04.2024, 16:47
“Qaçqınkom”un strukturuna dəyişiklik edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

Dəyişikliklə “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nun 2-ci və 4-cü hissələri ləğv edilib.

Belə ki, qurumun Repatriasiya departamenti və Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv olunub.

Şərhlər

dadaşyev 2024-04-07 01:47:55

Bu Komitə niyə hələ də mövcuddur?Qaçqın və məcburi köçkünlərin hansı işləri qalıb ki?Torpaqlarımız azaddır artıq,istənilən vaxt oralara getməkləri qalıb.İstəsələr yəni.Hamısının da gözəl-göyçək yaşayışı,neçə-neçə müftə-müsəlləm evləri-eşikləri,vəzifələri,şadlıq sarayları,villaları.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol