Menu

Nazirlər Kabinetinin idarə müdirinə hədə-qorxu gələn iş adamına hökm oxunub

06.04.2024, 17:16
Nazirlər Kabinetinin idarə müdirinə hədə-qorxu gələn iş adamına hökm oxunub

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda hədə-qorxu yolu ilə pul tələb etmədə təqsirləndirilən iş adamı Vahid Xələfova hökm oxunub.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Vahid Xələfov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Fariz Rzayev təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

V.Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə zərərçəkmiş tərəf isə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdur.

Cinayət işinə əsasən, təqsirləndirilən şəxs H.Xəlilovdan 4 milyon 165 min manat tələb edib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.

Şərhlər

dadaşyev 2024-04-08 01:52:41

İş adamı,yəni biznesmen Nazirlər Kabinetinin işlər müdirindən niyə pul tələb etsin ki?İşlər müdiri ona borcluymuşmu?Borcunu qaytarmadığı üçünmü tələb edib iş adamı ondan pulu?Durub dururkən hərhansı iş adamı gedib Nazirlər Kabinetinin işlər müdirindən milyonlarla pul tələb edirmi yəni?Başqaları istəyəndə verilən şey imişmi,buna çatanda verilməyib deyəmi bu tələb edib hədə qorxuyla?Əgər o boyda pul borc imişsə o pula nə düzəlməliymiş ki,düzəlməyib?Çünki niyə 4 milyon 165 min manat?Borc məsələsi deyilmişsə 4 milyon və ya 5 milyon tələb etməli deyildimi?Arada olan o 165 min manat nə olan şeymiş?

Rafiq 2024-04-06 19:51:38

Analoqu olmayan hüquq sistemi.Qətl törədənə doqquz -on il,hədə qorxu ilə pul tələb edən on dörd il.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol