Menu

"KTMT Ermənistanın sərhədlərini tanımır" - Mirzoyan

07.04.2024, 00:49
"KTMT Ermənistanın sərhədlərini tanımır" - Mirzoyan

"Tərəflər iki mühüm məsələdə razılığa gələ bilmədiklərindən Azərbaycanla sülh müqaviləsinin imzalanması dalana dirənib".

"Musavat.com" xəbər verir ki, bu sözləri Ermənistanın XİN rəhbəri Ararat Mirozyan ölkə televiziyalarına verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, KTMT Ermənistanın sərhədlərini tanımır və onların məsuliyyət sahəsi aydın deyil.

“Bunda bir ironiya var: KTMT-yə daxil olmayan dövlət KTMT üzvü olan dövlətə hücum edib onu bəzi sərhədləri tanımağa məcbur edərsə, KTMT bu sərhədləri qəbul edə bilər”, - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol