Menu

AB Ukraynaya daha 500 milyon avro yardım ayırıb

03.12.2014, 17:22
AB Ukraynaya daha 500 milyon avro yardım ayırıb

Avropa Birliyi ikinci makromaliyyə proqramı çərçivəsində Ukraynaya 500 milyon avro ayırıb. Bu barədə Avropa Komissuyasının mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilir ki, bu 500 milyon avroluq yardım makromaliyyə yardımı proqramı çərçivəsində 2014-cü il ərzində Ukraynaya ikinci və sonuncu tranşdır. Bu kredit Ukrayna iqtisadiyyatının sürətləndirilməsi məqsədilə ayrılıb.

AK mətbuat xidməti xatırladır ki, Ukraynaya ümumi yardım məbləği 1.61 miliard avro təşkil edir.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol