Menu

Goranboyda qadın qətlə yetirilib, oğlu şübhəli bilinir

07.04.2024, 18:43
Goranboyda qadın qətlə yetirilib, oğlu şübhəli bilinir

Goranboyda qadın qətlə yetirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, A.Kazımovanın qətlində şübhəli bilinən onun oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahovdur.

O, polisə könüllü təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol