İsrail Müdafiə Ordusu Hava Hücumundan Müdafiə Qüvvələrinin Livanın cənubunda yerləşən As-Sultaniyyə rayonuna endirdiyi zərbələr nəticəsində “Hizbullah”ın komandirlərindən biri də daxil olmaqla 3 döyüşçü ölüb.
“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, hava zərbəsi nəticəsində ölənlərdən biri “Hizbullah”ın “Raduan” xüsusi təyinatlı dəstəsinin komandiridir.
Məlumata görə, HƏMAS-İsrail müharibəsi başlayandan, oktyabrın 7-dən, ilk dəfədir bu rayona hava zərbələri endirilir.


Şərhlər
İranın 48 saatdan sonra da hərəkət etmədiyini görən İsrail bu dəfə "Görüş" kinosundakı Əbülfəzə oxşadı bu hərəkətiylə.Əbülfəz yük maşınında gedə-gedə butulkaları yola çırpıb sındıraraq deyir haa "Həə,Kamil,gəl dəə! Gəəl!".Bax onnandı.Yəni danışmışdıq axı,mən sənin konsulluğunu vurandan sonra sən də mənim ora-burama yalandan bir-iki raket atacaqsan,beləcə ABŞ-ın əlində əsas olacaq ki qoşunlarını Yaxın Şərqdən çıxarmasın.Bəs niyə vurmadın? Gəl dəə,Kamiiil,gəəl.Gəlməsən bunnansan.