İtaliyanın müxalifətçi “Şimal liqası”partiyasının lideri Matteo Salvini mətbuata verdiyi açıqlamasında bildirib ki, o öz ölkəsinin baş nazır postunda Mateo Rensinin yerinə Vladimir Putini görmək istəyir.
Partiya rəhbəri deyib: ”Putin və Rensi arasında seçim etmək imkanım olsaydı, mən Putini seçərdim. Mən çox istərdim ki, sabah səhər İtaliya Nazirlər Şurasının sədrı Vladimir Putin olsun. Əgər Ukraynada Rusiyaya birləşmək istəyən region mövcuddursa, onda mən başa düşə bilmirəm, nə üçün bu belə olmamalıdır. Hazırda biz istehlak etdiyimiz qazın üçdə birini məhz Rusiyadan idxal edirik və deməli nəyə görə indi onlarla müharibə etməliyik? Biz yalnız dialoq tərəfdarıyıq”
V.Nəsibov


Şərhlər