Rusiyanın “Birinci Kanal” və “Rusiya 1” telekanalları Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən dörd nəfərin dindirilməsinin görüntülərini yayıb.
“AzPolitika” xəbər verir ki, istintaq tacik əsilli Dalerjon Mirzoyevi, Raçabalizoda Saidakrami Murodalini, Fəriduni Şəmsidini və Məhəmmədsobir Fayzovu hücumun birbaşa icraçıları hesab edir.
“Birinci Kanal”ın yayımladığı reportajda iddia edilir ki, təqsirləndirilən şəxslərdən terror aktını törətmək əmrini kimin verdiyini soruşduqda hamısı “Sayfullo”nın adını çəkiblər.Təqsirləndirilən şəxslərin sözlərinə görə, bu adam terakt iştiakçılarını tapıb, onları silahla təmin edib, hücumun hədəfini müəyyənləşdirib və qaçış planını hazırlayıb.
Təqsirləndirilən Məhəmmədsobir Fayzov isə videoda deyir ki, qruplaşmanın hər birinə Ukrayna ilə sərhədi keçdikdən sonra 1 milyon rubl vəd edilib. “Birinci Kanal” FSB məlumatlarına istinadla bildirir ki, Ukrayna terrorçuların sərhədi keçə bilmələri üçün iki dəhliz açıb. Məlumata görə, Rusiya xüsusi xidmət orqanları Ukraynada hərbçilərin Sumı vilayətinin sərhədyanı Çuykovka və Sopiç kəndləri yaxınlığında minalardan təmizləmə fəaliyyətini qeydə alıb.
“Rossiya 1” xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Ukrayna xüsusi təyinatlılarının zabitləri tərəfindən həyata keçirib. Telekanal qeyd edib ki, təqsirləndirilən şəxslərin olduğu avtomobil 170 km/saat sürətlə hərəkət edirmiş. Onlar Bryansk vilayətinin Kommuna kəndi yaxınlığında, Rusiya-Ukrayna sərhədinə 141 km qalarkən saxlanılıblar.
“Birinci Kanal” FSB məlumatlarına əsaslanaraq, “Crocus”da terror aktının hazırlanmasında Ukrayna tərəfinin birbaşa iştirakının olduğu qənaətinə gəlib.
Xatırladaq ki, martın 22-də baş verən terakt zamanı 144 nəfər ölüb, 550-dən çox insan isə yaralanıb. Terror aktı ilə bağlı 11 nəfər həbs edilib.
“AzPolitika.info”

Şərhlər
İstintaq hələ Müslüm konsert zalı ətrafından kənara çıxmayıb. Sifarişi kim verib? Əsl isintaq ondan başlanmalı ki, bəhanəsi nədir? Kreml 1986cı ildən SSRİ vətəndaşları və dünya seyrçilərini oxşar, kütlə adından kütləvi cinayətlərin Sifarişçi və Rejissorları gizli cəzasız qalsın!? Təsadüfi dirijorla bağlansın? SSRİ necə buraxıla bilərdi? Referenduma zidd Kimsə kimlərləsə xosunlaşıb, öz başına buraxıb? Sonra heç Kim və qurum da mühakimə etməyib? Cinayətin cəzasızlığına baxın-sonradan oxşar MDB də yaradıblar???
Bu hala salınan adamların könüllü ifadə verdiyinə hansı axmaq inanar?Nə yazdıırıblarsa ona da qol çəkdiriblər.Repressiya vaxtı NKVD podvallarında hamını şil-küt edib ifadə verdirmirdilərmi desinlər guya əksinqilabi təşkilatın başçısı Ruhulla Axundov olub?Çünki Ruhullanın həbs edilməli olduğunu Bağırov şəxsən Stalindən xahiş etmişdi,Stalin isə iki il əvvəl döşünə ordeni şəxsən sancdığı bir alimin həbsi üçün əsaslı dəlil istəyirdi.Elə ki hamıdan Ruhullaya qarşı ifadə aldılar,dosyeləri Bağırov Stalinə verdi,o da oxuyandan sonra dərkənar qoydu:"Həbs edilsin,güllələnsin.İ.V Stalin." Vəssalam.