Menu

“Neftimiz yox, qazımız yox” - Lukaşenko şikayətlənir

08.04.2024, 12:51
“Neftimiz yox, qazımız yox” - Lukaşenko şikayətlənir

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun “məhdud resurslara malik ölkə” olduğunu bildirib.

“AzPolitika”nın Belarusda olan əməkldaşı(!!!) xəbər verir ki, Qrodno şəhərinə səfər edən Belarus lideri həkimlərin və müəllimlərin maaşlarının artırılmasına ölkənin resurs çatışmazlığının mane olduğunu söyləyib: “Biz başa düşməliyik ki, ölkənin məhdud resursları var. Neft yoxdur, qaz yoxdur, yerin altında qızıl varsa da, rentabelsizdir, çıxarılması mümkün deyil və sair. Biz harada olduğumuzu və harada dayandığımızı başa düşməliyik. Biz pulu çap edib paylaya, yaxud helikopterdən səpələyə bilmirik. Pandemiya zamanı - hamının heyrətə gəldiyi zaman da bunu etmədik. İndi biz bu işdə qazanclıyıq, əgər bunu etsəydik, biz mövcud olmazdıq. Ümumiyyətlə, ölkəmiz olmazdı”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol