Menu

Rusiyanın nə qədər raketi qalıb? – Ukraynalı spiker açıqladı

08.04.2024, 14:58
Rusiyanın nə qədər raketi qalıb? – Ukraynalı spiker açıqladı

Rusiyanın istehsal etdiyi raketlərin əksəriyyəti dərhal Ukraynaya hücumlar üçün istifadə olunur.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri İlya Yevlaş bildirib.

O, Rusiya anbarlarında nə qədər raket qaldığı ilə bağlı bir sıra məlumatları jurnalistlərlə bölüşüb.

“Rusların kifayət qədər çox raketləri qalıb. Anbarlarına 1000-ə yaxın raket var. Ancaq biz görürk ki, onların təchizatı xeyli tükənib. Bunu düşmənin son vaxtlar istifadə etdiyi raketlərin təhlilindən də belə başa düşmək olar. Məsələn, biz müəyyən etmişik ki, bu yaxınlarda rusların istifadə etdiklər “Zirkon” raketi tamamilə yeni olub. Raket müharibə dövründə istehsal edilib”, – Yevlaş bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol