Menu

Ukrayna PUA-ları təlim mərkəzinə hücum edib - VİDEO

09.04.2024, 12:09
Ukrayna PUA-ları təlim mərkəzinə hücum edib - VİDEO

İki Ukrayna PUA-sı Rusiyanın Çkalov adına Borisoqlebsk aviasiya təlim mərkəzinə hücum edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Belə ki, Aprelin 9-na keçən gecə Rusiya Federasiyasının Voronej vilayətindəki Borisoqlebsk aviasiya təlim mərkəzinə PUA-lar hücum edib. Vilayətin qubernatoru bir PUA-nın vurulduğunu iddia edib.

Lakin mənbələrin məlumatına görə, hər iki PUA partlayıb. Onlardan biri gecə saat üç radələrində binanın dördüncü mərtəbəsinə çırpılıb. Bir saat sonra ikinci dron eyni yeri vurub. Hücum nəticəsində binaya xəsarət dəysə də itkilərin olmadığı qeyd edilir.

“AzPolitika.info”




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol