Menu

“Ermənistandan bunu tələb edirlər...” - “Rusiya-Qərb müharibəsi Ermənistana keçirilir”

09.04.2024, 12:13
“Ermənistandan bunu tələb edirlər...” - “Rusiya-Qərb müharibəsi Ermənistana keçirilir”

Məlum olduğu kimi, Ermənistan MDB ölkələri XİN başçılarının sammitinə qatılmaqdan imtina edib.

“AzPolitika” xəbər verir ki, Paşinyan hakimiyyətinin növbəti “qərbpərəst” qərarı Ermənistandakı rusiyapərəst müxalifətin hiddətinə səbəb olub.

Parlamentin “Ermənistan” fraksiyasının üzvü Armen Rüstəmyan Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməməsini “daha bir avantüra” hesab edir: “Bu avantüra çox uzun müddət əvvəl başlayıb. Biz dəfələrlə demişik ki, bir çox məsələlərdə KTMT-dən, strateji tərəfdaşımızın davranışından şikayət edə bilərik. Amma siyasi vektorun dəyişməsi, yəni Rusiya-Kollektiv Qərb müharibəsinin Ermənistana keçməsi istiqamətində addımlar atılır ”.

Rüstəmyanın fikrincə, bu, Ermənistan üçün ən dağıdıcı nəticələrə səbəb ola bilər: “Deyirlər ki, bu, bir şeyi digəri ilə əvəz etmək deyil və bu, diversifikasiyadır. Lakin diversifikasiya həm də fərqli istiqamətdə müəyyən addımlar deməkdir. Məsələn, sizə bu görüşdə iştirak etməyə və sizi narahat edən məsələləri qaldırmağa nə mane olur? Hesab edirəm ki, Ermənistanın anti-Rusiya cəbhəsinə qoşulması tələbi var və bugünkü hakimiyyət bu vəzifəni “uğurla” yerinə yetirir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol