Menu

Daha bir Afrika ölkəsi “Akıncı” aldı – Ölkə başçısı Türkiyəyə təşəkkür etdi (VİDEO)

09.04.2024, 13:34
Daha bir Afrika ölkəsi “Akıncı” aldı – Ölkə başçısı Türkiyəyə təşəkkür etdi (VİDEO)

Afrika ölkəsi Burkina Faso Türkiyənin “BAYKAR” şirkəti tərəfindən istehsal olunmuş “Akıncı” hücum PUA-sı alıb.

“AzPolitika” xəbər verir ki, “Akıncı”nın Burkina Faso Silahlı Qüvvələrinin inventarına daxil olması münasibətilə mərasim keçirilib.

Mərasimdə iştirak edən Burkina Faso Prezidenti İbrahim Traore bunun üçün Türkiyəyə təşəkkürünü bildirib.

“Ölkəmizin müdafiəsi Akıncıya əmanətdir. Müdafiə qabiliyyətimizi gücləndirən Akıncını bu gün ordumuzun xidmətinə təqdim etməkdən qürur duyuruq. Burkina Faso ilə Türkiyə arasında əməkdaşlıq çox yaxşı inkişaf edir. Cənab Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Türkiyənin terrorla mübarizəsinin bu mühüm dövründə Burkina Fasoya verdiyiniz bütün dəstəyə görə təşəkkür edirəm”,-deyə o qeyd edib.

Qeyd edək ki, mərasimdə “Akıncı” ilə yanaşı, “Bayraktar” PUA-ları da nümayiş etdirilib.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol