Terror təşkilatı İŞİD Uefa Çempionlar Liqasının 1/4 final oyunlarında terror aktı törədə biləcəyi ilə bağlı təhdid mesajları paylaşıb.
"AzPolitika" xəbər verir ki, paylaşımda oyunların keçiriləcəyi stadionlar hədəf olaraq göstərilib. Sözügedən xəbərdarlığın ardından Avropada təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, bu gün UEFA ÇL-nın 1/4 final mərhələsi çərçivəsində 2 görüş baş tutacaq. İspaniyanın "Real Madrid" klubub İngiltərənin “Mançester Siti” klubunu qəbul edəcək. Digər qarşılaşma isə Londonda baş tutacaq, “Arsenal” “Bavariya”nı qəbul edəcək.
"AzPolitika.info"


Şərhlər