Menu

Rusiya Ukrayna tərəfində vuruşan norveçli qadın deputatı beynəlxalq axtarışa verdi - FOTOLAR

09.04.2024, 14:04
Rusiya Ukrayna tərəfində vuruşan norveçli qadın deputatı beynəlxalq axtarışa verdi - FOTOLAR

Rusiyalı müstəntiqlər Finmarkadan olan Norveç Sami Parlamentinin keçmiş deputatı Sandra Eyranı beynəlxalq axtarışa verib.

Bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, deputat Ukrayna Silahlı Qüvvələrinin tərəfində muzdluluq fəaliyyəti ilə bağlı cinayət işinin istintaqı çərçivəsində axtarışa verilib.

“Ukrayna Beynəlxalq Legionundan olan norveçli qadın Sandra Andersen Eyra silahlı münaqişədə muzdlu hərbçinin iştirakı ilə bağlı cinayət işi üzrə beynəlxalq axtarışa verilib (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi)”, - deyə məlumatda bildirilib.

Mənbə: TASS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol