Ukrayna və Qərb ölkələri terror təşkilatlarından istifadə edərək Rusiya ərazisində cinayətlərin törədilməsini təşkil edirlər.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.
O, Moskvada “Crocus City Hall”da baş verən terror aktını nümunə göstərib:“Bütün bunları Ukraynadakı nasistlər və onları idarə edən Qərb ölkələri edir. Bu cür terror aktlarına qarşı əlavə təhlükəsizlik tədbirləri görülür”, - deyə o qeyd edib.
“AzPolitika.info”


Şərhlər