Almaniya kansleri Olaf Şolz bu gün Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib.
“AzPolitika” erməni mətbuatına istinadla xəbər verir ki, telefon danışığı zamanı Ermənistan-Azərbaycan sülh prosesi də müzakirə olunub.
Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryanın sözlərinə görə, Paşinyan Ermənistanın 2022-ci il oktyabrın 6-da Praqada, 14 may və 15 iyul 2023-cü ildə Brüsseldə, eləcə də 2023-cü il oktyabrın 5-də Qranadada “razılaşdırılmış prinsiplər” əsasında həll yollarına getməyə hazır ölduğunu iddia edib.
Paşinyan Ermənistanın inkişafına verdiyi dəstəyə görə Olaf Şolza təşəkkür edib.
Qeyd edək ki, Paşinyan Azərbaycan lideri İlham Əliyevin qatılmadığı və sərt tənqid etdiyi Qranada görüşündə verilən qərəzli bəyanata istinad etməsi sülh niyyətinə xidmət etmir. Rəsmi Bakı Fransanın diqtəsi ilə qəbul edilmiş və heç bir əhəmiyyəti olmayan sözügedən bəyanatın nizamla prosesinə qarşı olduğunu bildirib.
Azərbaycan sülh müqaviləsinin bağlanması üçün 5 prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında sülhün əldə edilə biləcəyini bəyan edib.
“AzPolitika.info”


Şərhlər