Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.


Şərhlər
Azərbaycan xalqı nə vaxta qədər bu ermənilərin basqı və təqibi altında yaşacaq? Bu nə qədər sürəcək? Neçə il çəkəcək. Axı bezdik bu həyasız millətin əlindən.Niyə bu məsələyə biryolluq son nida qoyulmur? Küçükdən kiçik olan bir millət 200 ildir bizi canımızdan bezdirib.MİLLƏTİN ÜRƏYİ PARTLAYIR AXI.