Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Yasynuvata rayonunun Pervomayske kəndini işğal edib.
“Report” xəbər verir ki, bu barədə qondarma region rəhbərliyinin müşaviri Yan Qagin “RİA Novosti”yə açıqlayıb, eyni zamanda bu barədə yaşayış məntəqəsində Rusiya bayrağının sancılmasının videosunu yayan rusiyalı “hərbi müxbir” Andrey Rudenko da bildirib.
Ərazinin geolokasiyasına əsasən, video Pervomayskenin qərb ucqarında çəkilib. Çəkilişin nə vaxt aparıldığı aydın deyil.
Ukrayna Müdafiə Nazirliyinə yaxın OSINT-layihə olan “Deep State” teleqram kanalı Rusiya hərbçilərinin Pervomayskenin qərb kənarını ələ keçirərək kəndi tamamilə işğal etdiyini təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyi və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı kəndin ələ keçirilməsi ilə bağlı məlumatı şərh etməyiblər.
Qeyd edək ki, Pervomayske fevral ayında Rusiya qoşunlarının ələ keçirdiyi Avdiivkadan 10 kilometr cənub-qərbdə yerləşir. Savaşdan qabaq iki mindən çox insanın yaşadığı kənd uğrunda döyüşlər 2022-ci ilin avqust ayından davam edirdi.


Şərhlər
İşğal edəcək də.Rusiyanın ermənistana əcaib susqunluğu boşuna deyil ki.Hər şeyin bir bədəli var yəni.Belə təsəvvür edin də.Rusiya acmış ayıdı,Ukrayna boyda qaban görüb üstünə atılıb,qabanın oturan yeri də ermənistandı.Kaftar sürüsü olan Avropa İttifaqı da görüb ki ayı qabanın qarnını yırtmaqla məşğuldu,hərdən bir-ikisi ehtiyatla yaxınlaşıb qabanın oturan yerindən bir dişlək alıb qaçır,görəndə ki ayı hirslənir gözləyirlər ki qoy ayı bir az rahat yesin ki hirslənməsin.Elə ki ayı rahat yeməyə davam etməyə başladı,yenə bir-iki kaftar qabanın oturan yerindən bir-iki dişlək alıb qaçır.Beləcə ayı qabanı yeyib bitirənə qədər kaftarlar da qabanın oturan yerini yemiş olacaqlar,hər iki tərəf də doyub xoşbəxt olacaq.