Menu

"Ermənistandakı Rusiya hərbi səlahiyyətliləri İrəvana təzyiqləri artırır" - ABŞ institutu

10.04.2024, 10:33
"Ermənistandakı Rusiya hərbi səlahiyyətliləri İrəvana təzyiqləri artırır" - ABŞ institutu

Ermənistandakı Rusiya hərbi səlahiyyətliləri rəsmi İrəvana təzyiqləri artırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Qeyd olunub ki, bu, ikitərəfli münasibətlərin pisləşməsi ilə bağlıdır.

Analitiklərin fikrincə, aprelin 9-da Rusiya hərbi polisinin Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında Rusiya vətəndaşı Anatoli Şçetini saxlaması da bu təzyiqlərin təzahürüdür: “Rusiya hərbi polisi 2023-cü ilin dekabrında da Ermənistanda Rusiya vətəndaşını fərariliyə görə saxlamışdı. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətin bu qanunsuz hərəkətlərə qarşı dözümlü yanaşmayacağını bildirib”.

Şərhlər

dadaşyev 2024-04-10 11:41:57

Keçən ilin payızında Rusiya ilə ABŞ gizli razılığa gəliblər.Madam ki ABŞ və Avropa ermənistana missiya-filan adıyla yavaş-yavaş soxulmaq istəyirlər,Rusiyanın buna göz yumması üçün Ukraynaya yardımları dayandırsınlar;biz Ukraynada istədiyimiz yerləri alaq,siz də ermənistanda işinizi görün.Ağıllı hesab edilən anqlo-saks beyinlilər də buna inanıb Ukraynaya yardımları dayandırıblar və bütün diqqətlərini ermənistana yönəldiblər ki,gələcəktəki Zəngəzur yoluyla ticarətə nəzarəti indidən ələ alsınlar. Tamahkarı hiyləgər aldadar.Düşünməyiblər ki,rus ağılsız olsaydı dünyanın ən böyük torpağına sahib olmazdı.Rus bu yandan da Paşinyanla gizlicə sövdələşib ki,özünü elə apar ki,guya doğrudan da Qərbə meyllənmisən və sapına qədər də bizə qarşısan.Biz sadəcə bəyanat-filan verəcəyik ki,şübhələnməsinlər,amma heç qorxub eləmə.Elə ki Ukraynayla məsələmizi bitirdik,onda Qərbə arxanı çevirib bizə tərəf gələrsən. Sənə də çoxlu silah-sursat göndərəcəklər,guya sənə Azərbaycan tərəfdən təhlükə var bəhanəsiylə.Dünya onların Ukraynaya xəyanət etdiklərini bilməsin deyə belə edəcəklər,amma bil ki bizimdi onlar,bizim üçün verirlər ki,başımız tamamən Ukrayna işinə qarışsın.Paşinyan da deyib ki,yaxşı,bəs dünya görməyəcəkmi birdəncə Rusiya ilə ticarət əlaqələrimiz azalmaq əvəzinə milyardlarla dollar artıb?Putin də deyib ki,ay eşşək,dünya dediyin elə onlardı da,öz zibillərini açıb ağartmayacaqlar ki.Sən işində ol,mənim dediklərimi elə.Paşinyan da deyib ki qorxuram ee,birdən düzəlməsə.Putin deyib düzələr,düzələr,sizin diaspora Qərb missiyasına boşuna rüşvət verir ki?Paşinyan da deyib ki,yox ee,deyirəm birdən dəə.Putin də hirslənib ki,əşi day oyun çıxartma daa,nə deyirəm onu elə.Sonra deyib ki doğrudan aa,birdən düzəlməsə?!Onda Paşinyan deyib ki,amma düzəlsə nə əla olar!O moment fon der Leyen o yandan gəlib ki,Putin,o sabunnan bir qəlib də mənə versən qiyamət olar ee.Putin də rus sənayesinin bütün sabununu Paşinyana verib deyə görüb ki Rusiyada sabun qalmayıb,millət daha sabunsuz çimir,deyib ki,sabun yerinə türkmənbaşını görərsən sən Aşqabadda. Onda olmasa elbaşını gör Astanada.Görsən onda da yoxdu Tibetdə Dalay Lamanın həkimbaşı var,Mao Tse Dunun sinif yoldaşı,onda mütləq olacaq,dədə-baba üsuluyla gildən düzəldir sabunu.Boş qayıtma yəni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol