Menu

"İsrail cəzalandırılacaq" - Xameneidən növbəti təhdid

10.04.2024, 12:15
"İsrail cəzalandırılacaq" - Xameneidən növbəti təhdid

İranın Ali Rəhbəri Ayətullah Seyyid Əli Xamenei növbəti dəfə Dəməşqdəki İran konsulluğuna hücum edən İsraili hədələyib.

"AzPolitika" xəbər verir ki, Tehrandakı Böyük Musalla məscidində baş tutan bayram namazı xütbəsində çıxış edən Xamenei İsrailin mütləq cəzalandırılacağını deyib.

"Konsulluqlar və səfirlik nümayəndəlikləri o ölkənin ərazisi hesab olunur. Onlar bizim torpaqlarımıza hücum ediblər. Şər rejim səhv edib. İsrail cəzalandırılmalıdır və cəzalandırılacaq",-deyə Xamenei bildirib.

Xatırladaq ki, bu yaxınlarda İsrail ordusu Dəməşqdəki İran konsulluğunun yaxınlığında yerləşən iqamətgaha hücum edib. Hücum nəticəsində ikisi İran generalı olmaqla, ümumlikdə 11 nəfər həlak olub.

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2024-04-10 12:35:23

"Həsən əs-Sabbah Ələmut qalası qarşısında xalqla görüşərkən". (rəssam Tahir Arrani.Kətan üzərində yağlı boya.1124-cü il.Tehran rəsm qalereyası.Xiyabane-Xomeyni).

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol