NATO Rusiya ilə mümkün toqquşmaya hazır olmalıdır.
“Report” “Financial Times”a istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
O, NATO liderlərinə Kreml ilə bağlı ritorikalarında daha aqressiv olmaları və bunun əvəzində potensiallarını artırmalarıın vacibliyi barədə xəbərdarlıq edib.
Bununla belə, Finlandiya dövlət başçısı Rusiyanın NATO ölkələrinə 2030-cu ildən əvvəl hücum edəcəyinə inanmadığını diqqətə çatdırıb:
“Əlbəttə, bu ssenariyə hazırlaşmalıyıq. Amma məncə, bunun reallaşması o qədər də inandırıcı deyil. Mövcud təhlükədən yayınmaq üçün ən pis ssenariyə hazır olmaq lazımdır”.
A.Stubb söyləyib ki, yaxın aylarda Kiyevə dəstəyin artırılması hər şeydən vacibdir: “Çünki Rusiya özünü çox inamlı hiss edir”.
Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer də alyansla Rusiya arasında mümkün toqquşma barədə xəbərdarlıq etmişdi.


Şərhlər
Yazmırzan olmur, buna deyən lazım ay bədbəxtin oğlu axı nato müharibə edəsi olsa bu yüz faiz nüvə müharibəsi olar,sənin Filandiyan demək olarki Rusyanın içindədir,fərqi yoxdur nüvənin kimin tərəfindən atılmasına,bax hörmətli azpolitkanın izləyiciləri belə qulları anqlasakslar avropa dövlətlərinə prezident seçdirirlər,buda nəticəsi.