Məlum olduğu kimi, ötən gün İsrail aviasiyasının Qəzzaya endirdiyi aviazərbələr nəticəsində HAMAS lideri İsmail Haniyənin üç oğlu həlak olub.

"AzPolitika" xəbər verir ki, İsmail Haniyə oğullarının ölüm xəbərini alarkən görüntülənib. O, övladlarının ölüm xəbərini soyuqqanlılqla qarşılayıb və bunları deyib:

"Mənim oğullarımın həlak olması İsrail ordusunun növbəsi fiaskosudur. Və bu hadisə bizim qərarlarımıza təsir etməyəcək. Mənim övladlarımın qanı fələstinli uşaqların qanından daha dəyərli deyil. Fələstinin bütün əzab çəkən insanları mənim övladlarımdır".

"AzPolitika.info"