Menu

Türkiyə terrorçu siyahısını yeniləyir

03.12.2014, 18:44
Türkiyə terrorçu siyahısını yeniləyir

Türkiyə hökuməti “Əl-Qaidə” terror şəbəkəsi ilə əlaqəli şəxslərin siyahısına daha dörd nəfərin adını daxil edib.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu gün rəsmi qəzet "Resmi Gazete"də dərc edilən bu qərara müvafiq olaraq Türkiyə nazirlər kabinetinin 30 sentyabr 2013-cü il tarixli qətnaməsinə BMT TŞ tərəfindən müəyyən edilən ayrı-ayrı şəxslərin, struktur və təşkilatların aktivlərinin dondurulması barədə dəyişikliklər edilib.

“Əl-Qaidə” ilə əlaqəli şəxslər, struktur və təşkilatlar bölməsinə tunisli Məhəmməd Bin Belqacem, Məhəmməd Lakhal, Adel Ben əl-Əzhar və Sami Ben Hamis daxildir ”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol