Menu

“İNDİ ERMƏNİ XALQI CƏHƏNNƏMDƏN KEÇİR...” – Kremlin çirkin təbliğatçı hələ də Qarabağın “itirilməsini” həzm edə bilmir + VİDEO

11.04.2024, 15:31
“İNDİ ERMƏNİ XALQI CƏHƏNNƏMDƏN KEÇİR...” – Kremlin çirkin təbliğatçı hələ də Qarabağın “itirilməsini” həzm edə bilmir  + VİDEO

“İndi mənim sevimli Ermənistanım, erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”.

“AzPolitika” xəbər verir ki, bunu Kremlin ən tanınmış və ən çirkin təbliğatçılarından olan Vladimir Solovyov son verilişində Ermənistandakı vəziyyəti şərh edərkən söyləyib. Əvvəlcə Yunanıstanın və Bolqarıstanın Rusiyaya qarşı nankorluğundan və Ukraynaya yardım göstərməsindən gileylənən Solovyov daha sonra Ermənistana keçib.

Həmişəki iyrənc üslubunda çıxış edən bu avantürist utanmadan Ermənistanın indiki hakimiyyətini “Qarabağı satmaqda” günahlandırıb: “Bizim gözümüzün önündə “dağlıq Qarabağ”ı verdilər. Paşinyan bircə dəfə də demədi ki, “dağlıq Qarabağ”ın statusu nədir? O, yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə dirəşib. Bu formulla çıxış etməklə o, ermənilərin haranı öz torpaqları hesab etdiklərini demir və Qarabağı satır. Erməni deputatları deyir ki, Rusiya bazası Ermənistanı müdafiə etmək üçün heç nə etmədi. Hansı Ermənistanı? Göstərin, hansı Ermənistanı? Ermənistan hakimiyyətinin Rusiyaya hərbi yardımla bağlı bircə rəsmi müraciətini göstərin. Rusiya ordusu barədə deyilənlərdən öncə, deyin görək, sizin ordu, Ermənistan ordusu hansı döyüşlərdə iştirak edib?”

Solovyov deyib ki, Ermənistan Qarabağ müharibəsi zamanı rəsmən hərbi vəziyyət elan etməyib və Rusiyanı hərbi müdaxilə üçün çağırmayıb. Buna görə Paşinyan hakimiyyətini qınayan imperiyaçı həşarat Rusiyanın Cənubi Qafqazdakı işğalçılıq siyasətinə haqq qazandırıb və erməniləri Paşinyanı hələ də hakimiyyətdə saxlamaqda günahlandırıb: “Bu gedişlə Ermənistandan nə qalacaq? Sonra yenə Rusiyanı günahlandıracaqsınız?”

Rus xalqının erməni xalqından heç zaman üz çevirməyəcəyindən, “erməni-rus qardaşlığından”, ermənilərin “qədim xristianlığından” dəm vuran Solovyov Rusiya dövlətinin Ermənistan hakimiyyətindən, dövlətindən üç çevirə biləcəyini deyib: “Ermənistan hakimiyyətindəkilər doğrudanmı xristiandırlar? Onlar doğrudanmı erməni xalqının maraqlarına xidmət edirlər?”

Solovyov ermənilərə müasir Ermənistanın Rusiyanın sayəsində yarandığını xatırladıb və deyib ki, Rusiyanın hərbi-iqtisadi dəstəyini Qərb heç vaxt əvəz edə bilməyəcək. Sonda isə qeyd edib ki, Paşinyan hakimiyyəti heç vaxt rus və erməni xalqlarının "qardaşlığını" məhv edə bilməyəcək.

Beləliklə, sözsüz ki, hər zaman olduğu kimi Kremlin ağzı ilə danışan Solovyov növbəti dəfə Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etmir və onun “itirilməsini” heç cür həzm edə bilmədiklərini göstərir.


C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

səfər 2024-04-15 10:03:29

Onsuz da Paşinyan bu itin erməni telekanalarında hürməsinə qadağa qoyub.

Şahin 2024-04-15 09:03:14

Hamımız bilirik ki, düşmənimiz kimlərdir.Amma gəlin sadəlöv və sentimental olmayaq.Bu yaramaz Pusiyanın adından danışır.Digərləri de belə edir .Bu yaxınlarda digər yaramaz Şeynin proqramında adama oxşamaz poltoloq Karine elə fikirlər yayırdı ki adam dəhşətə gəlirdi.Amma Siz yenə yazırsınız ki ,o arvadınin "qisasını" alır .Yox qardaş belə deyil.Məsələ daha dərindir.
Bu yaramazlara cavab verilmədikcə belə də davam edəcək. Mən hesab edirəm ki, ilkin olaraq bütün bunları və xalqın rəyini əsas tutaraq həmin televiziyanın yayımı dayandırılmalıdır.Bunun təsiri həmin bilinəcəkdir.Rusiya belə təzyiqlərdən çəkinir.Bu siyasi bir cavab olardı

Rusiya belə təzyiqlərdən çəkinir

BKM 2024-04-13 09:02:47

Bu kanalizasiya işçisinə 'arayışı" tez vermək lazımdır- "xəstəliyi" çox yüksəkdir.

Türk 2024-04-12 09:34:08

Bir DƏFƏLİK BİLMƏK LAZIMDIR Kİ RUS TÜRKÜN DÜŞMƏNİDİR YƏNİ BİZİM DÜŞMƏNİMİZDİR. ERMƏMİ FARS RUS 250 İLDİR BİZİM QANIMIZI İÇİRLƏR. RUSA İNANANIN YA AĞLI YOXDUR YA DA Kİ O BU MİLLƏTDƏN DEYİL. TÜRK DEYİL. RUS TÜRKÜN DÜŞMƏNİDİR AY MİLLƏT BİLİN.

dadaşyev 2024-04-11 22:41:56

Eliye:dediklərin şayiə deyil,həqiqətdir.Arvadını vaxtilə bir azırbaycanlıyla görüb,o vaxtdan bizlərə nifrət edir.Bunu o özü deyib.

Camal 2024-04-11 21:18:23

niyə bu sarsaq iti başa düşən yoxdur - qabağına sümükdən-zaddan atsalar hürməyi kəsiləcək.

Bakılı 2024-04-11 20:14:14

Bu .... xayçatniklərin özü buraxmır xyustana, bunun hansı millətə aid olduğunu özü də bilmir, multiəkilmiş cinsindən olduğu üçün, bu çoxistifədəlik kondomiklərdəndir

Eldeniz 2024-04-11 17:14:39

Deye deye qalacaqsan sen solovyov ....

Eli 2024-04-11 16:55:50

Deyilenlere göre bu şerefsizin arvadı bir azerbaycanlı ile buna xeyanet edib vu bunun bize olan nifreti de bundan sonra olub...

dadaşyev 2024-04-11 15:15:39

"Ermənistan ordusu hansı döyüşlərdə iştirak edib?" sualıyla otuz il əvvəl "Qarabağı Rusiya alıb verdi sizə" demək istəyib." O, yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə dirəşib" cümləsiylə isə bildirir ki,Qarabağ ermənistanın beynəlxalq birlik tərəfindən tanınmayan hissəsi olsa da Paşinyan onu "satmamalıydı","Rusiyadan yardım istəməliydi".Yəni yardım istəmiş olsaydı Rusiya Qarabağın "verilməsinə" razı olmazdı.Putinin deyə blmədikləridi bunun dedikləri.O üzdən təhlükəlidi bu ifadələr.Və demək ki ermənistana Rusiyanın qulaqburma verməyi yaxınlaşır.Paşinyanın yerinə öz adamını oturdanda nə edəcək Putin elə isə?

Omer 2024-04-11 14:46:38

Bunu reklam etmek neye ve kime lazimdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol