“İranın İsrailə hücumu qaçılmazdır”.
"AzPolitika" xəbər verir ki, bu barədə "Bloomberg" nəşri kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunub ki, ABŞ və müttəfiqləri İran hökuməti və ya onun proksi qruplarının tezliklə İsrailin hərbi və dövlət obyektlərinə qarşı genişmiqyaslı raket və ya dron hücumları həyata keçirəcəyini düşünürlər.
Adının açıqlanmasını istəməyən kəşfiyyat mənbələrinin sözlərinə görə, yaxın günlərdə mümkün hücum baş verəcək və İran yüksək dəqiqlikli raketlərdən istifadə edərək İsraili hədəf alacaq.
Qeyd edək ki, İsraildəki xarici diplomatik nümayəndəliklər artıq evakuasiya planlarını tərtib edərək, İranın mümkün cavab zərbələrinə hazırlaşırlar.
"AzPolitika.info"


Şərhlər
"Adının açıqlanmasını istəməyən kəşfiyyat mənbələrinin sözlərinə görə" o vaxtlar da guya İraqın kimyəvi silahları-filanları varıymış,ona görə girib dağıtdılar ölkəni.İllər keçəndən sonra isə dedilər ki "adının açıqlanmasını istəməyən kəşfiyyat mənbələrinin" məlumatları yalan imiş,İraqda heç bir kimyəvi silah yoxuymuş.İndi də eləcə.A balam,əmmaməlilər oturublar isti kabinetlərində,sulu qəlyan tüstülədirlər.Qoçu Əsgər Məşdibada güllə atmağından danışanda Məşdibad ona necə mat-məəttəl baxırsa onlar da eləcə baxırlar sizə ki bunlar nə danışır,o Göte hardan bizdə.Razılaşmadınızmı ki İsrail vuracaq konsulluğu,siz də susarsınız?Susmuşuq daa,daha nə qaşıya-qaşıya durmusunuz?