Menu

Lukaşenko Moskvadadır – Putin Belarus liderini “birgə müdafiəyə” çağırıb

11.04.2024, 14:50
Lukaşenko Moskvadadır – Putin Belarus liderini “birgə müdafiəyə” çağırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiyaya işgüzar səfərə gedib.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya və Belarus Prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko bu gün Moskvada danışıqlar aparacaq, sabah isə Kosmonavtika Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

Belarusun Prezidenti bəyan edib ki, Putin və Lukaşenko əvvəlcə təkbətək görüşəcəklər, regional və beynəlxalq məsələlər danışıqların diqqət mərkəzində olacaq, həmçinin mövcud çağırış və təhdidlərə cavab vermək üçün fəaliyyətlərin əlaqələndirilməsi müzakirə predmeti olacaq.

Kreml öz növbəsində qeyd edir ki, Rusiya və Belarus Prezidentləri iki ölkə arasında gələcək əməkdaşlığın əsas məsələlərini, o cümlədən yanvarın 29-da İttifaq Dövləti Ali Dövlət Şurasının qəbul etdiyi qərarların həyata keçirilməsini müzakirə edəcəklər.

Putinlə Lukaşenko arasında sonuncu görüş Sankt-Peterburqda olub. Onlar İttifaq Dövlətinin yaradılması haqqında müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətlərini müzakirə edərək 15 sənədi təsdiq ediblər.

Belarus və Rusiya 1999-cu ildən İttifaq Dövləti qururlar. Tərəflər dəfələrlə qeyd ediblər ki, birgə səylərlə milli təhlükəsizliyin təmin edilməsinə xüsusi diqqət yetirirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol