Menu

AZƏRBAYCANDA FUTBOL KLUBUNUN PREZİDENTİ SAXLANILDI - Səbəbi açıqlandı

11.04.2024, 15:25
AZƏRBAYCANDA FUTBOL KLUBUNUN PREZİDENTİ SAXLANILDI - Səbəbi açıqlandı

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

Klubun mətbuat katibi Mübariz Süleymanlının oxu.az-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.

Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol