Məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin bundan əvvəl yaydığı məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.


Şərhlər
Soldakı şəkildə başda olan papaqdı,yoxsa saçdı?Saça oxşayır deyəsən.Yaxşı görəmmirəm.Əgər saçdısa bu nə xəstə moddu düşüb gənclərin könlünə?Elə bil fermanın yanından keçiblər,inəklər də yuxarıda olub,buraxıblar nəyi var aşağı,düşüb bunların başına.Yapışıb quruyub.Sadəcə,dairəvi siliblər üz-gözlərindən təzəyi,amma başda saxlayıblar.Olublar kaskabaş,dəbilqəbaş,şlembaş,protivoqazbaş.Perestroykaya qədərki Bakıda belə saç düzümü olana əno,çuşka deyərdilər.O da biabır olmamaq üçün tez gedib qırxdırardı başını,şəhərə uyğun hala salardı.
Tik-tok "qəhrəmanları" Daun sindromlu xəstələr kimidir,hamısı bir-birinə oxşayır.