Menu

Polşa Ukraynaya “Patriot” göndərməkdən imtina edib

12.04.2024, 11:04
Polşa Ukraynaya “Patriot” göndərməkdən imtina edib

“Ölkəmizin də ehtiyacı olduğu üçün Ukraynaya “Patriot” zenit-raket kompleksi verə bilməyəcəyik”.

APA-nın “Polska Agencja Prasowa”ya istinadən xəbərinə görə, bunu Polşa Prezidenti Andjey Duda bildirib.

O deyib ki, hətta istəsə belə, ölkəsi bunu edə bilməyəcək:

“Ölkəmizin ərazisində yerləşdirilən analoji sistemlər ABŞ və Böyük Britaniyaya məxsudur. Biz Ukraynaya yalnız SSRİ dövründən malik olduğumuz raketləri göndərə bilərik. Mən yaxın günlərdə bu məsələni Müdafiə Nazirliyi ilə müzakirə edəcəyəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol