Menu

Ceyhun Bayramov Belarus XİN rəhbəri ilə görüşüb

12.04.2024, 11:32
Ceyhun Bayramov Belarus XİN rəhbəri ilə görüşüb

Belarusda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov bu ölkədən olan həmkarı Sergey Aleyniklə görüşüb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Nazirlər gündəlikdə dayanan geniş spektrli məsələlər haqqında fikir mübadiləsi aparıb, eləcə də ölkələr arasındakı strateji tərəfdaşlığı nəzərdən keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol