Menu

MDB dövlət başçılarının sammitinin vaxtı məlum olub

12.04.2024, 15:45
MDB dövlət başçılarının sammitinin vaxtı məlum olub

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının sammiti oktyabrın 8-də Moskvada keçiriləcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.

O, MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının oktyabrın 7-də Moskvada, 8-də isə Birliyin dövlət başçılarının sammitinin keçiriləcəyini söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol