Menu

Moskvada partladılan avtomobil FTX agenti olan keçmiş Ukrayna kəşfiyyatçısının imiş - VİDEO

12.04.2024, 16:04
Moskvada partladılan avtomobil FTX agenti olan keçmiş Ukrayna kəşfiyyatçısının imiş - VİDEO

Moskvada avtomobil partladılıb. Partladılan avtomobilin Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş zabiti olmuş Vasili Prozorova məxsus olduğu məlum olub.

APA-nın Rusiya bürosu yerli teleqram kanallarına istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin agenti olmuş keçmiş SBU zabitinin avtomobili partladılıb.

Teleqram kanallarının yazdığına görə, keçmiş SBU zabiti Vasili Prozorov bir neçə il əvvəl Rusiyaya köçüb. Özünün dediyinə görə, 2014-cü ildən Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edib.

Rusiya Federasiyasının İstintaq Komitəsi adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol