Menu

"Taciklərdən rus mədəniyyətinə və provaslavlığına qeyd-şərtsiz hörmət gözləyirik" - Patriarx Kirill

12.04.2024, 16:57
"Taciklərdən rus mədəniyyətinə və provaslavlığına qeyd-şərtsiz hörmət gözləyirik" - Patriarx Kirill

Rusiya taciklərdən rus mədəniyyətinə hörmət gözləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu bəyanatla Rus Provaslav Kilsəsinin rəhbəri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill çıxış edib.

O, Rusiyanın Tacikistandan gələn qonaqlardan rus mədəniyyətinə və pravoslavlığına qeyd-şərtsiz hörmət gözlədiyini söyləyib.

“Rusiya öz qapılarını Tacikistanın bir çox sakinlərinə açmaqla onlardan rus mədəniyyətinə və pravoslavlığına qeyd-şərtsiz hörmət gözləyir, necə ki, bu hörmət həmişə Rus Pravoslav Kilsəsinin Tacikistan torpağında mövcudluğunun əsasını təşkil edib”, – deyə Patriarx Kirillin Rus Pravoslav Kilsəsinin saytında dərc olunmuş Düşənbədə keçirilən Beynəlxalq İonna qiraətlərinin iştirakçılarına təbrikində qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol