Menu

Aİ-nin komitə üzvləri Ağdam və Füzuliyə səfər ediblər

12.04.2024, 19:11
Aİ-nin komitə üzvləri Ağdam və Füzuliyə səfər ediblər

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər.

APA xəbər verir ki, bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “X” hesabında paylaşım edib.

Qeyd olunub ki, heyətə ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri və minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol