Menu

"Hizbullah" İsrail ərazisinə 50-dən çox raket atıb

12.04.2024, 22:27
"Hizbullah" İsrail ərazisinə 50-dən çox raket atıb

"Hizbullah" Livanın cənubundan İsrailin şimalına 50-dən çox raket atıb.

APA xəbər verir ki, bu barədə "Hizbullah" bəyanat yayıb.

Qeyd edilib ki, İsrailin artilleriya bölməsi onlarla "Katyuşa" raketi ilə hədəfə alınıb.

İsrail Müdafiə Qüvvələri isə Livandan İsrail ərazisinə uçan 40-a yaxın raketin buraxılmasını qeydə alıb, onlardan bəziləri hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“40-a yaxın raketin Livan ərazisindən İsrailə uçduğu qeydə alınıb, onlardan bəziləri ələ keçirilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb. Xəsarət alanlar barədə məlumat yoxdur”, - qurumdan qeyd edilib.

Şərhlər

dadaşyev 2024-04-13 00:24:13

Bir sözlə,İran qisasını aldı yəni,İsraili cəzalandırdı.İndi rahat yatmaq olar.A bala,işığı söndür,yat,gecən xeyrə qalsın,özün də qorxma daha,arxamızda İran var.Görmədin nələr elədi?Boşuna demirmiş narı dənələ gətir.

dadaşyev 2024-04-12 23:51:50

Axırı ki on gün İsraillə,ABŞ-la raketləri hara buraxmağı məsləhətləşib razılığa gələ bildilər və atdılar nəhayət ki aralıqda söz olmasın,müslüman ümməti İranın islamdan uzaq olduğundan şübhələnməsin,İranın konsulluğunun vurulması məsələsinin ABŞ qoşunlarının o zonadan çıxarılmaması üçün quraşdırılmış bir hiyləgərlik olduğu ağıllara gəlməsin. Demişdim ki raketlər atılacaq,amma heç kəs zərər çəkməyəcək.Buyurun,atıldı və heç kəs zərər çəkmədi.40-a qədər raketdən bəzilərini HHM zərərsizləşdirib,qalanları isə yaşayış olmayan ərazilərə düşüb.Qalanları yaşayış olmayan ərazilərə hədəfləndiyi üçün yaşayış olmayan ərazilərə düşüb yəni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol