Menu

Naxçıvanda qəza - Yaralananlar var

13.04.2024, 11:16
Naxçıvanda qəza - Yaralananlar var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Culfa rayonu ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı iki avtomobil toqquşub və nəticədə üç nəfər xəsarət alıb. Xəsarət alan Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Azadə Fəhralı qızı Məhərrəmova, 1986-cı il təvəllüdlü Könül Mehdi qızı Qafarova və 2002-ci il təvəllüdlü Aysu Vüqar qızı Qafarova Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol