Menu

ABŞ və Britaniya Rusiya metallarının idxalına qadağa qoyub – Gəlirlər 15 milyard dolara düşüb

13.04.2024, 11:51
ABŞ və Britaniya Rusiya metallarının idxalına qadağa qoyub – Gəlirlər 15 milyard dolara düşüb

ABŞ və Britaniya Rusiya iqtisadiyyatı üçün həyati əhəmiyyətli gəlir mənbəyinə zərbə vurmaq məqsədilə Rusiyadan metal idxalına qoyulan qadağanın uzadılması üçün birgə tədbirlər görüb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin və Britaniya hökumətinin saytlarında məlumat verilir. 

Qeyd olunur ki, ABŞ bu metalların idxalına yeni qadağa qoyub, Britaniyada isə bu qadağa dekabrdan qüvvədədir.

Britaniya hökumətinin bəyanatında deyilir ki, metallar Rusiyanın əsas ixracat məhsullarından biridir. Böyük Britaniyanın hesablamalarına görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Rusiyanın metal ixracından əldə etdiyi gəlir 25 milyard dollardan 15 milyard dollara düşüb. Görülən tədbirlər bu məbləği də azaltmalıdır.

Rusiya dünya üzrə nikelin təxminən 6 faizini, alüminiumun 5 faizini və misin 4 faizini istehsal edir. Martın sonuna olan məlumata görə, London Metal Birjasının anbarlarındakı alüminium ehtiyatlarının 96 faizi, nikelin 62 faizi, misin 36 faizi Rusiyanın payına düşüb.

Rusiya metallarının idxalı Rusiya ilə Avropa İttifaqı arasında ticarətin əsas maddələrindən biri olaraq qalır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol