Menu

Oqtay Əsədovun həyat yoldaşının Moskvadakı biznesindən qazancı açıqlandı - 7 ilin rəqəmləri

13.04.2024, 14:26
Oqtay Əsədovun həyat yoldaşının Moskvadakı biznesindən qazancı açıqlandı - 7 ilin rəqəmləri

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən "Arizarum Qrup” şirkətinin (ООО "АРИЗАРУМ ГРУПП" – 7705176856) 2023-cü ildə əldə etdiyi gəlirlər açıqlanıb.

"Yeniavaz.com" Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, "Arizarum Qrup” ötən il 14 milyon 270 min rubl (260 min manat) gəlir əldə edib.

Qeyd edək ki, əvvəlki - 2022-ci illə müqayisdə "Arizarum Qrup”un gəliri 2,5% artıb. Ümumiyyətlə son 7 ildir "Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:

2017-ci ildə 14 568 000 rubl,

2018-ci ildə 13 984 000 rubl,

2019-cu ildə 13 919 000 rubl,

2020-ci ildə 13 815 000 rubl,

2021-ci ildə 14 045 000 rubl,

2022-ci ildə 13 924 000 rubl,

2023-cü ildə 14 270 000 rubl.

Məlumat üçün bildirək ki, "Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.

Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olub.

Şərhlər

Vətəndaş 2024-04-14 17:20:26

Bu sistemin eybəcərliklərini yalnız 0.01 faizidir.Nəzarət ütməyə borclu olan Polis,prokurur və digər nəzarətçi orqanlar düşüb kasıb əhalinin canına.Sanki yanlarında baş verən kriminalları,.hadisələri görmürlr.Buna bənzər Feyziyev,Fazil,,Mahmudov və sair cinayətlərz isə inlara aid deyil.Bu orqanların susqunluğuna hakimiyyət niyə səssiz qalıb?Ona görə Azərbaycanın səsini xarici dövlətlər diqqətsiz buraxır.

Seyfulla 2024-04-13 20:33:29

O qeder mediada illeqal pullar gelirler sirketler qazanclar ve s haqqinda sehife sehife xeberler paylasildi senedlerin fotosekilleri yerlesdirildi. Prokurorlugun tukunun terpendiyini ne goren ne de esiden olmadi. Milli meclisin palajeniyasina baxan edelet veliyevde oqtay esedovu deputat postunda saxladi. Gerek o da polise yumruq vurardi ondan sonra edalet muhakimesi baslayardi. Biabirciliqdir.

Kohne 2024-04-13 20:30:04

hatam pillardi....burdan gedib hamisi.......

raul mahmud 2024-04-13 18:18:18

siz ne ucun guya xalqa xidmet eden saytsiniz teleb etmirsiz yazilarinizla bizim memurlarda shirketlerinin gelir ve xercleri haqqinda ilde 1 defe olsada melumat versinler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol