Menu

Azərbaycan XİN başçısı həmsədrlərlə görüşəcək

03.12.2014, 19:48

Elmar-Memmedyarov-cixishAzərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrədə səfərdədir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasında iştirak edəcək.

Səfər çərçivəsində E. Məmmədyarovun ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri Şurasının iclasında çıxışı, habelə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşü və digər ikitərəfli görüşlər nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol