Peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC aprelin 12-də Ramazan bayramı münasibətilə növbəti dəfə şəhid anaları ilə bir araya gəlib.
“AzPolitika” xəbər verir ki, şəhid anaları üçün təşkil olunan bayram tədbirində Milli Qəhrəman general Polad Həşimovun anası Səmayə Həşimova da iştirak edib. Şəhid yaxınlarından ibarət bu böyük ailəyə şəhid Məmmədli Sübhanın valideynləri və II Qarabağ müharibəsində şəhid olmuş Habil Əbdürrəhimlinin həyat yoldaşı və azyaşlı qızı Zəhra da qoşulub.
Əvvəlcə Azərbaycan xalqına zəfər sevinci qazandıran şəhidlərimizin əziz xatirələri yad edilib.
Görüş zamanı ölkəmizin ərazi bütövlüyü, respublikamızın suverenliyi uğrunda canından keçmiş şəhidlərin ailə üzvləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edilib.
“SOS” MMC-nin direktoru Anar Məmmədov şəhidlərimizin ailə üzvləri ilə söhbətlərində onların keçdikləri döyüş yollarını xatırladıb, əziz xatirələrini yad edib. Şəhid yaxınları öz çıxışlarında bu humanist və qayğıkeş münasibətə görə, “SOS” MMC-nin bütün kollektivinə və rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda “SOS” MMC tərəfindən şəhid ailələrinin hər birinə şəhidlərimizin fotoları əks olunmuş xatirə hədiyyələri təqdim edilib.
“AzPolitika.info”












Şərhlər
Gözəl addımdır