Rusiyada daşqınlar nəticəsində su altında qalan evlərin sayı 15 mini keçib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mətbuatı Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, ölkənin 33 rayonunda 193 yaşayış məntəqəsi çaylarda baş verən daşqınlar nəticəsində zərər görüb. Su basan evlərin sayı 15 min 641-ə yüksələrkən, bağçaların sayı 4 min 13-ə çatıb.
Xatırladaq ki, aprelin 6-da Ural çayında bəndin partlaması nəticəsində Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində 2400-dən çox evi su basıb. Bundan sonra ölkənin digər bölgələrində də çaylar daşmağa başlayıb.
“AzPolitika.info”


Şərhlər