Menu

Serbiya prezidentindən Putinin son açıqlamasına münasibət

03.12.2014, 20:57
Serbiya prezidentindən Putinin son açıqlamasına münasibət

 Serbiya "Cənub axını" qaz boru kəmərinin tikintisi üzrə Rusiya və Avropa Birliyi arasında ciddi danışıqlara nail olmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə Serbiya prezidenti Tomislav Nikoliç bildirib.

Onun sözlərinə görə, Qərb və Rusiya arasında yaranmış vəziyyətdən ən çox Serbiya əziyyət çəkir.

"Bu daha Qərblə Şərqin siçan-pişik oyununa oxşayır. Bundan isə biz əziyyət çəkirik. Ona görə də biz həm avropalı, həm də rusiyalı tərəfdaşlarımızla ciddi danışıqlar aparacağıq. Ümid edirik ki, qazın nəqli ilə bağlı uğurlu nəticə əldə olunacaq", deyə prezident bildirib.

Qeyd edək ki, dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdə olarkən bildirmişdi ki, "Cənub axını" layihəsi dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol