“Ümid edirik ki, cavab tədbirləri olmayacaq. Ən ağıllı şey İranın hücumunun uğursuz olduğunu etiraf etməkdir... Özünüzü İsrailin yerinə qoysanız, haqlı olaraq onların cavab verməyə tam haqqı olduğunu düşünə bilərsiniz. Amma biz onları vəziyyəti gərginləşdirməməyə çağırırıq”.
“AzPolitika” xəbər verir ki, bunu Böyük Britaniyanın XİN başçısı Devid Kameron deyib.
Fransa da İsraili vəziyyəti gərginləşdirməməyə çağırıb. Emmanuel Makron Parisin İranın İsrailə hücumlarından sonra regional eskalasiyanın qarşısını almaq üçün səy göstərməyə hazır olduğunu açıqlayıb: “Biz hamımız bundan qorxuruq (regionda eskalasiyadan – red.)”.
Makron qeyd edib ki, Fransa İranın hücumu zamanı ABŞ-nin koordinasiyası ilə İngiltərə ilə birlikdə İsraili müdafiə əməliyyatında iştirak edib. O, qeyd edib ki, Fransa İordaniyadakı hərbi kontingenti vasitəsilə İranın zərbələrinin qarşısının alınmasına töhfə verib.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsrailə 300-dən çox raket və PUA atıb ki, onların da 99%-i hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirilib. Tehran hücumunu "uğurlu" adlandırıb və İsraili qisas almamağa çağırıb.
İsrail rəsmiləri isə bildiriblər ki, onlar İranın hücuma cavab vermək üçün geniş variantları araşdırırlar. Tezliklə qərar veriləcək.
“AzPolitika.info”


Şərhlər