Rusiya Mis Şirkəti mis çubuqlarını qırıntı adı altında Çin şirkətlərinə satır. Bu da onlara vergilərə qənaət etməyə və Qərbin sanksiyalarından yayınmağa imkan verir.
“AzPolitika” “Reuters” agentliyinə istinadlaxəbərverirki, ötən ilin dekabrında Rusiyanın mis məftil üçün ixrac rüsumu 7 faiz, qırıntılara görə isə 10 faiz olub. Çində Rusiyadan qırıntıların idxalı üçün rüsum yoxdur, mis tel üçün rüsum isə 4 faizdir.
“Reuters” mənbələrinin məlumatına görə, mis çubuq Sincan-Uyğur Muxtar Bölgəsində bir vasitəçi tərəfindən qırıntıdan ayırd etməyi çətinləşdirmək üçün əzilib. Həmsöhbətlər bildiriblər ki, bu, həm ixracatçılara, həm də idxalçılara tarif fərqindən qazanc əldə etməyə imkan verib.
“Reuters” Rusiya və Çin arasında gömrük məlumatlarında uyğunsuzluqlara diqqət çəkir. Çin gömrük məlumatlarına görə, dekabr ayından bəri Rusiyadan əhəmiyyətli dərəcədə daha çox mis qırıntıları alıb. Rusiya məlumatlarındaisə göstərilir ki, Çinə ixrac edilən qırıntıların həcmi cüzi idi və yalnız dekabrda dəmir çubuq ixracında kəskin artım var.
Adının çəkilməsini istəməyən Çin mənbəsi “Reuters” agentliyinə bildirib ki, Rusiyadan gələn bu qırıntı faktiki mis teldir, lakin tros kimi göstərilməyib.
Rusiya gömrük rəsmiləri nəşrə bildiriblər ki, onlar müvəqqəti olaraq xarici ticarətlə bağlı məlumat vermirlər. Qərbin sanksiyaları altında olan Rusiya Mis Şirkəti yalnız Rusiya şirkətlərinə məhsul satmadığını bildirib. Çinin Sincan gömrük idarəsi “Reuters”in sorğusuna cavab verməyib.
ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edəndən bəri Çin öz məhsullarını ixrac etmək istəyən rus şirkətlərinin əsas ünvanına çevrilib. ABŞ və Avropa Birliyi də Rusiyaya dəstək verdiyi üçün bir sıra Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Çin şirkətlərinin sanksiyalar altında olan Rusiya firmalarından metal almasına heç bir hüquqi maneə yoxdur.
“AzPolitika.info”


Şərhlər