“Biz İsrailin dostuyuq, amma Fələstin dövləti qurulacaqsa, hərbçi göndərməyə, digər ölkələrin qüvvələri ilə birlikdə sülh üçün çalışmağa hazırıq”.
“AzPolitika” xəbər verir ki, bunu İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.
Fələstin rəhbərliyi ilə güclü əlaqələrə sahib olduqlarını bildirən Tajani Fələstinin Baş naziri Məhəmməd Mustafanı Romaya dəvət etdiyini də xatırladıb.
Tajani İranın İsrailə hücumundan da danışıb və bu addımın pislənilməli olduğunu ifadə edib:“Ümid edirəm ki, indi gərginlik artmayacaq. İsrail hərbi cəhətdən qalib gəldi, bu hücumu dəf etdi. Amma indi münaqişənin daha da yayılmasının qarşısını almalıyıq. Çünki indi təkcə Qəzzada yox, Qırmızı dənizdə də gərginlik var”.
“AzPolitika.info”


Şərhlər